VILLA 1.6
Proyekt:
VILLA 1.6
Kateqoriya:
memarlıq
900 m2-yə sahib ərazi şimal və şimal-şərqdən dənizə yönəlib. Lakin 3 tərəfdən bağ evləri ilə əhatə olunduğu üçün görüntü ancaq 2-ci mərtəbə səviyyəsindən təmin oluna bilər. Relyefdə mövcud cüzi maillik konsept mərhələsində evdən həyətə doğru etaplı enmələr hesabına teatral görüntü efektini almağa kömək olacaq. İqlimin quraqlıq olması geniş teraslar və düz damları zəruri edir.
Abşeronda bir bağ evi üçün həyətin önəmi çox yüksəkdi. Bunu elə söz birləşməsinin özündə də görmək olar: “bağ evi” yəni bağın evi, tərsinə yox. Tikili sahəni mümkün qədər azaltmaq, bağın dominant rolunu təmin etməyimiz üçün ilkin şərt idi. Fasadın əsas rəngi kimi bəyazı seçmək, həmçinin vizual olaraq da tikilini daha neytral pozsiyaya yerləşdirir. Bundan ziyadə quraqlıq və bol günəşli Abşeron iqlimində bəyaz üzlük, daxili məkanda sərinliyi qorumağa kömək edir.
Ərazidə tikililərin yerləşdirilməsi əlverişli kölgə və günəşlənmə, avtomobil hərəkət zolağının minimallaşdırılması, optimal piyada sirkullasiyası və baseyn zonası üçün privatlıq təmin olunması kimi prinsiplərə xidmət edir. Sonuncunu, həyətə girişlə baseynin ortasında oturmaqla, evin özü təmin edir. Həyətin cənub hasarı boyunca düzülmüş çöl mətbəxi (aşxana), üzərində yer almış söhbətgah və evin mətbəxi arasında günlük həyatda sirkulasiya olduqca yüksəkdi və bir qru halında bir-biri ilə minimal məsafədə yerləşdirilməsi məqsədə uyğun görülüb.