RT370
Proyekt:
RT370
Kateqoriya:
memarlıq
Şüvəlanda yerləşən torpaq sahəsi, öz həndəsi kvadrat forması ilə geniş zonalanma imkanları vəd edir. Bununla belə, cənubdan tikili bina ilə yaxın qonşuluğun olması, evin mümkün qədər cənuba sıxılmasını şərt qılırdı. Belə olduqda, ev özü ilə açıq həyət sahəsini qonşu binalardan bağlayır və daha məhrəm mühit təmin edir.
Şimal və Şərqdən üstünlük təşkil edən açıq həyət sahəsi yaranır. Dominant küləyi nəzərə alaraq, şimal daha çox sirkulasiya və yumşaq küləyə açıq şərq hissəni isə asudə zona üçün təyin olunub. Eyni prinsiplə şimala baxan fasad daha susqun, şərq fasad isə açıq və şəffafdır və səhərin ilk günəş işıqlarını evə ötürür. Şərq fasada bağlı ikinci işıq, həmin şüaları hər iki mərtəbədən sovuraraq daha da gücləndirir.