Casa Femina

Proyekt:
Casa Femina
Kateqoriya:
memarlıq

Abşeronun şimal küləyi ilə üz-üzə olan ərazi, şərq-qərb oxu üzərində yerləşdiyindən, mərhələli şəkildə və aramsız günəşlənir. Eyni zamanda sözügedən səmtdə yerləşməsi onu Xəzər dənizinə də açıq edir.

Konseptin əsas özəyini təşkil edən göstəricilər obyektiv və subyektiv başlıqlar altında seqmentləşdirilib. Obyektiv göstəricilər iqlim-relyef kimi şəraitlər altında formalaşır və yuxarı-aşağı ərazidəki bütün tikililər üçün eynidir. Subyektiv göstəricilər biləvasitə evin sakinlərinin gözləntiləri əsasında formalaşır və Casa Femina layihəsinin individuallığını təşkil edir.

Ərazi 3000 m2-dən çox olmasına baxmayaraq, uzunsov və ensiz forması səbəbi ilə bəzi yerlərdə tikili üçün qısıdlıq törədir. Bu səbəbdən həyətin planlaması şərti olaraq: yad, xidməti, ailə və dostlara aid olunmuş keçici zonalara bölünüb.