ELM57
Başlanğıcda yaşayış üçün sifariş olunan bina, layihələndirmə prosesində çoxfunksional təyinat alır. Buna səbəb ilkin olaraq binanın yerləşimidir. Elmlər Akademiyası metrosunun qarşısına tuş gələn ərazi: təhsil ocaqları, kafelər, ictimai və administrativ binalarla əhatə olunub. Beləliklə kompleks: tələbələr üçün kirayəlik korpus, iaşə məkanlar üçün passaj, biznes və yaşayış hissələrindən ibarətdir. Binanın ən alt həcmi olan Passaj bloku Elmlər Akademiyası binasının həcm və elementlərinə uyğun şəkildə tərtib olunub və bununla ikonik binanın dominantlığı qorunub. Mərkəzi yerləşimi və əlverişli panoramları nəzərə alaraq damın üzərində iki iaşə bloku yerləşdirilib. Həmin blokların bina həcmi ilə təması yalnız sütunlar vasitəsilədir və sirkulasiya ayrıca lift hesabına birinci mərtəbədən nəzərdə tutulub.