AN175

Proyekt:
AN175
Kateqoriya:
interyer

Mənzil yenicə qurulmuş bir ailə üçün nəzərdə tutulsa da, ev sahibi subay insanlara xas olan sərbəstlik və qeyri-formal mühit görmək istəyirdi. Buna görə də üslub axtarışı çox çəkmədi: həm esketik, həm də yaradıcılıq həvəsi yaradan “yarımçıqlıq” duyğusunu sənaye üslubundan yaxşı heçnə ötürə bilməzdi.
Mənzil tavanının dörd metrə olması layihənin bir sıra özəllikləri üçün təkan idi. Bu hündürlüyü daha da dəstəkləmək üçün qapılar üç metrəyə kimi nəzərdə tutulub. Digər tərəfdən mənzildə sərbəst planlamaya üstünlük verilib. Bu qərar gənc sahiblərin formal bölgüləmələrdən qaçmaq niyyəti ilə dəstək alaraq, memari baxımdan geniş və işıqlı məkan formalaşdırmaq imkanı yaradıb.