Pirşağı

Proyekt:
Pirşağı
Kateqoriya:
landşaft, şəhərsalma,

Abşeron yarımadasının şimalında yerləşən Pirşağı qəsəbəsi, Xəzər dənizi ilə yuyulan çimərlikləri ilə məşhurdur. Ərazi çökmə süxurları, qum tirələri, balıqqulağı çöküntüləri və qızıl qumlarla boldur. Xəzri adlanan şimal, şimal-qərb, şimal-şərq küləkləri, cənub və cənub şərqdən gələn Gilavar, sahil küləkləri gecə və gündüz brizləri xarakterikdir. Yay fəsli quraqlıq keçir, yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edən ərazi, yarımsəhra landşafta malikdir.

Təklif olunan layihə çərçivəsində Pirşağının fərqli hissələrindən qəsəbə üçün xarakterik ola biləcək dörd fərqli tipli ictimai məkanın funksional və həcm-komposiziya həllinə fokus olunub. Bölgələrdən üçü Əjdər Məlikov küçəsi boyunca yerləşir və davamlı yaşıl zolaq təşkil edir, digəri isə dalanlardan birində seçilib və məhlələr üçün prototip rolunu oynayır. Həmin bölgələr haqda daha ətraflı: