Əmircan
Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı.
Bünyad məscidi hazırda həmin ərazinin mərkəzi-dominant tikilisidir. Həmin dominantı daha da gücləndirmək üçün, ilk iş onun önünü tam bağlayan və sonradan ucaldılmış, ancaq məscidlə heç bir əlaqəsi olmayan tikilinin yerində, məscid ətrafı parkın salınması nəzərdə tutulub. Park məscidin giriş hissəsinədək uzanaraq ön hissəni daha açıq və cəlb edici qılır. Kiçik bağın mərkəzi elementi olan su elementi İslam bağçılıq ənənəsini ötürməyə kömək olur.
Şimaldan Əmircanı sərhədləyən böyükşor gölü, həmin ərazinin əsas bio-qatını təşkil edir və qəsəbə üçün təbii ictimai sahə potensialına malikdir. Həmin potensialı ortaya çıxarmaq və bioloji qatı bərpa etməkdən ötrü ilk öncə, gölə axıdılan texniki suların qarşısını almaq və təmizlənəm filterlərinin quraşdırılmasını təmin etmək lazımdır. Vizual-estetik komfortdan əvvəl, bu dəhşətli düşük sanitar şəraiti yüksəltmək üçün lazımdır. Mərhələli təmizləmə prosesindən sonra, həmin gölün sahilində açıq ictimai məkanların təşkili təmin etmək nəzərdə tutulub. Gölün təbii mühiti, əraziyə həm qəsəbə, həm də şəhər sakinləri üçün özünə məhsus toplanma spotu kimi təsbitlənə bilər.