Yaşayış məntəqəsi: Azıx kəndi

Proyekt:
Yaşayış məntəqəsi: Azıx kəndi
Kateqoriya:
şəhərsalma
Tarix:
2021

Azıx kənd – şəhərslama layihəsi, Qarabağ bölgəsinin yenidən qurma və bərpası çərçivəsində həyata keçirilmişdir. Layihələndirmə öncəsi əraziyə baxış keçirilərək, regionun unikal landşaftı, toponimləri, flora-fauna qatı, iqlimi və tarixi-arxeoloji mirası araşdırılmışdır. Kənd, Quruçayın sol sahilindən bir qədər aralı, dağ ətəyində unikal yerləşimə sahibdir. Qarabağın təbii-coğrafi şəraiti, buranın ən qədim insan məskənləri xəritəsinə daxil olmasına səbəb olmuşdur. Azərbaycan arxeoloqları indiki Füzuli şəhəri yaxınlığında dünyada ən qədim insan məskənlərindən olan Azıx və Tağlar mağaralarını aşkar etmişlər. Azıx qədim türk dillərindəki “ayı” sözündəndir və mağara “ayı mağarası”dır.

Araşdırma nəticləri toplandıqdan sonra, layihəyə unikal metodologiya təyin edilmşdir. Belə ki, kənd: yaşayış, məşqulluq və sosiallaşma qatlarına bölünmüş və biri seçilmiş “İnsancıl şəhərsalma” kriteriyalarına uyğun təkamül olunmuşdur.
Yaşayış məskəninin məxsusi hissəsi, kəndin 100 metrliiyində yerləşən Azıx mağarısıdır. Layihə çərçivəsində kənd məskunlaşma hissəsi ilə yanaşı, Azıx mağarısı üçün də konsept işlənilib. Konseptə əsasən mağaranın turistik potensialı, prezervasiyası və kənd iqtisadiyyatına inteqrasiyası diqqət mərkəzində tutulub.