Yaşayış məntəqəsi: Qarabağ bölgəsi
Proyekt:
Yaşayış məntəqəsi: Qarabağ bölgəsi
Kateqoriya:
şəhərsalma
Tarix:
2021
Planlaşdırılan ərazi Baltik dənizi səviyyəsindən 300-400 metr yüksəklikdə 4-cü iqlim qurşağında yerləşir. Orta illik yağıntının miqdarı 488 mm, buxarlanma sürəti isə 899 mm-dir. Külək rejimi mülayim qərb, il boyu şimal-qərb və şimal küləkləri ilə ən az müşayiət olunan şimal-şərq və şərq küləkləri ilə xarakterizə olunur. Küləyin orta illik sürəti 1,9 m/s-dir.
Generativ metod ümumi müddəalara əsaslanaraq qərarlar şablonu yaratmağa kömək edir. Nəticədə, müəyyən bir problemin konkret həlli əvəzinə, şərtlərə asanlıqla tətbiq oluna bilən ümumi formul təklif olunur. Generativ şablonun yaradılması prosesi iki əsas mərhələdən ibarətdir:
– Ərazinin əsas funksional proseslərinin müəyyən edilməsi (bu halda: yaşayış, məşğulluq, asudə vaxt.)
– Hər bir prosesin “şərtlər süzgəcindən” süzülərək xəritə üzərində əlverişli bölgə izlərini saxlaması. Nəticədə, hər bir şərtlər süzgəci üst-üstə toplanaraq ümumi xəritəni (başplanı) formalaşdırır.
Bu cədvəl: yaşayış, məşğulluq və sosial proseslərin mövcud mühitin təsirləri ilə təbii seçimini nümayiş etdirir.
Bu cədvəl: yaşayış, məşğulluq və sosial proseslərin mövcud mühitin təsirləri ilə təbii seçimini nümayiş etdirir.