Lavazza coffee shop

Dizayn həm istiqamət göstərə, həm də yaşanacaq təcrübəni müəyyən edə bilərmi?
Lavazza layihəsi üzərində işləyərkən yalnız gözəllik və funksionallığı deyil, həm də fərqli elementlərin bir-biri ilə harmoniyasını ön planda tutduq. İtaliyanın zərifliyini və Azərbaycanın enerjisini bir araya gətirən bu məkan konseptində qəhvə sadəcə bir içki deyil, ziyarətçilərin hiss edəcəyi isti və həyəcanlı həyəcandır. hekayənin bir parçasıdır.
Layihənin ən diqqətçəkən hissəsi olan Turindən Bakıya səyahəti simvolizə edən xətti element, bizim üçün sadəcə dizayn detalı deyildi – bu elementin girişdən başlayaraq məkan boyunca davam etməsi və müxtəlif formalara çevrilməsi (divan, çiçək köşəsi, bar, masa, oturacaq, informasiya lövhəsi) ilə bütün məkanı vahid bir hekayəyə çevirdik. Beləliklə, məkanın hər sahəsi ziyarətçiyə həm istiqamət verir, həm də fərqli bir təcrübə bəxş edərək axıcı bir əlaqə yaradır.
Bizim üçün bu layihə, sadəcə funksional məkan yaratmaq deyil, ziyarətçinin yaddaşında iz buraxacaq bir atmosfer qurmaq deməkdir.















