
Pirşağı qəsəbəsinin memarlıq mühiti
Tarixi analiz
Əsası XVII-ci əsrdə təsis olunduğu güman edilən Pirşağı qəsəbəsi, çox mərhələləli məskunlaşma nəticəsində formalaşıb. İlkin mərhələdə məskunlaşma Xəzər sahilinə yaxın ərazilərdə baş tutmuşdur. Buna qədim hamamların, ovdan və su quyularının yerləşməsi dəlalət edir. Həmçinin dənizin vəd etdiyi məhsullarını da nəzərə aldıqda, ilkin məskunlaşmanın Xəzərə yönəlik vektoru, aborigen əhalinin balıqçılıq ənənəsindən də xəbər verir. Zamanla güclü şimal küləyinin əraziləri torpaqla örtməsi əhalini cənuba doğru hərəkət etməyə vadar edib.
Sosial və antropoloji fon
Pirşağı əhalisi ənənəvi olaraq balıqçılıq və bağçılıq-bostançılıqla məşqul olub. Yerləşdiyi təbii şəraitə uyğun olaraq burada balıq vətəgələri təsərrüfatın əsasını təşkil etmişdir. Bağçılıq təsərrüfatı Pirşağı iqtisadiyyatının ən qədim sahələrindən biridir. Suvarma sistemi olmayan bu ərazidə əsasən dəmyə bağ və bostanlar salınmışdır. İqlim və təbii şəraitinə uyğun olaraq burada əsasən üzüm, əncir, tut, iydə ağacları əkilmişdir. Pirşağı şanısı, ənciri dillərdə əzbər olmuşdur.
Reallaşacaq abadlıq layihəsi çərçivəsində əhalinin tarixi məşqulluq və həyat tərzini gözdən keçirmək, dayanıqlı sosial mühit formalaşdırmaq baxımdan töhvələr verəcəkdir.
Funksional zonalanma
Təklif olunan layihə çərçivəsində Pirşağının fərqli hissələrindən qəsəbə üçün xarakterik ola biləcək dörd fərqli tipli ictimai məkanın funksional və həcm-komposiziya həllinə fokus olunub. Bölgələrdən üçü Əjdər Məlikov küçəsi boyunca yerləşir və davamlı yaşıl zolaq təşkil edir, digəri isə dalanlardan birində seçilib və məhlələr üçün prototip rolunu oynayır. Həmin bölgələr haqda daha ətraflı:
Nəqliyyat-sirkulasiya həlləri
Avtomobil dominantın istər yollarda, istərsə də ictimai sahələrdə yaratdığı təzadları nəzərə alaraq, nəqliyat həllində əsas diqqəti həmin dominantın azaldılmasına yönəltmişik. Bundan ötəri, yolların quruluş sxemində piyada və velosiped zolaqları əlavə olunub. Bununla yanaşı yol kənarı enlərin icazə verdiyi hissələrdə parklama ciblərinin də təşkili nəzərdə tutulub. Ənənəvi şəkildə formalaşmış qəsəbə yolları yüksək nəqliyat sıxlığına əl vermədiyi kimi, velosiped üçün əlaverşlidir. Aşağı gəlirli, iş-güzar təbəqə velosipedlərdən istifadə etməklə günlük sirkulasiya prosesini asanlaşdıra bilər. Əvəzində lokal əhalinin qanunsuz parklanması daha çox nəzarətə alınmalıdır ki, sürücülər üçün avtomobilin komfort dəyəri pik nöqtəyə çatmasın. Alternativ üçün avtobus dayanacaqları artmalıdır.