Expo 2020 – Dubayı ziyarət etmək üçün 5 səbəb

Yəqin ki, Expo 2020 Dubai-nin nə olduğu ilə maraqlanırsınız. Bu, əslində Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunda keçirilən ilk ümumdünya miqyaslı sərgisidir! “Fikirləri birləşdir – gələcəyi birləşdir” şüarı altında Dubay Expo ənənəsini davam etdirərək – qonaqlara əməkdaşlıq, innovasiya və əyləncəni yaşatmağı hədəfləyib! 

MANARCH studionun üzvü Əhməd Namazlı bu ilin ilk səyahətini Dubaya edərək, sizinlə EXPO 2020-ni ziyarət etmək üçün 5 əsas səbəbi paylaşmağa tələsir!


1. Dünyanı bir ünvanda səyahət et!

200-dən çox iştirakçının qatılacağı festivalda 191 millət təmsil olunur bu isə 100-dən çox pavilion deməkdir. Hər ölkə innovativliklə yanaşı öz mədəniyyətindən bir hissəni paylşamağı məqsədləyir, bu isə vəhdəttə multi-mədəni mühiti qabardır. Hər bir ölkə pavilyonu heç vaxt unuda bilməyəcəyiniz unikal təcrübə təqdim edir!

Sərginin “Davamlılıq” adlı bölgəsində Amazon tropik meşələrinin rekreasiyası ilə gəzib süni şəlalər altından keçmək üçün Braziliya pavilionunu mütləq ziyarət edin.

Visitors wade through water in Expo Dubai 2020's Brazilian Pavilion

 

2. Robotlar! 

Expo 2020 Dubayda robotlar var! Əlavə nəsə deməyə ehtiyac var?

Expo-nun robotları ilə qarşılıqlı əlaqədə olduğunuz zaman özünüzü elmi fantastika filmində hiss edirsiniz! 150-dən çox müasir robotlar ziyarətçiləri istiqamətləndirməyə, yemək və içkilər çatdırmağa, həmçinin sizin üçün Instagram-lıq kadrlar çəkməyə hazırdır!

Expo 2020 Dubai will be remembered for its architectural richness

 

3. Qastro-tur!

Expo 2020 Dubai-də yeməklə bağlı narahat olmağa ehtiyac yoxdur. Eynilə sizin kimi, dad reseptorlarınız da özünü dünya turunda hiss edəcək. Dünyanın hər yerindən, yeməkləri dadın. Bəzi qastro-zonalar hətta gələcəyin yeməklərini dadmağa imkan verir, məsələn, Davamlılıq Bölgəsində 2320-ci ilə qədər yeməklərin necə olacağını görə bilərsiz. 

 

4. Ritmlər sərgisi

Expo 2020 Dubai həmçinin planetin hər yerindən musiqiçiləri qəbul edir. Qulaqlarınızı qlobal ritmlərlə doldurun və kim bilir, yeni sevimli musiqi tərzinizi burada tapa bilərsiniz!

5. İnnovativ memarlıq

Expo 2020 Dubai, dünyanın hər bölgəsindən saysız-hesabsız innovativ memarlıq nümunələrini bir araya toplayıb. Onların bir çoxunun memari dəyərinə tənqidi yanaşmaq olar, ancaq əksəriyyəti unikal təcrübələri vəd edir.

Məsələn Terra – Davamlılıq Pavilyonu, yüksək səviyyəli memarlığı ilə öyünür və özünü enerji ilə təmin etmək üçün 4,912 günəş paneli və 18 Enerji Ağacına malikdir. Mobility Pavilion-un əsas cazibəsi Əlif, eyni anda təxminən 160 nəfəri daşıya bilən dünyanın ən böyük sərnişin liftidir!

 

Gallery of World Architecture Festival 2021 Reveals Its Winners - 4